“Euronews” dolma haqqında veriliş hazırlayıb - VİDEO
Verilişdə dolmanın hazırlanma qaydası haqqında Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbərinin müavini Ceyran Əsgərova danışıb. O, dolma hazırlamağı nənəsindən öyrəndiyini bildirib: “Azərbaycanda özünəməxsus dolma reseptini nəsildən-nəslə ötürmək ənənədir. Ət, düyü, göyərti, soğan, müxtəlif növ üzümün (ağ şanı, qara şanı) cavan yarpaqlarından hazırlanan Azərbaycan dolmasının ləzzətli olmasının əsas səbəbi yerli keyfiyyətli məhsullardır”.
Ceyran Əsgərova qeyd edib ki, dolma hazırlamağın çətin tərəfi odur ki, dolmalar balaca və səliqəli bükülməli, yumru formada olmalı və hazırlıq prosesində açılmamalıdır.
Reportajda qeyd olunub ki, Azərbaycanda bayram süfrəsini dolmasız təsəvvür etmək mümkünsüzdür. (AzərTAc)
AzVision.az
Teqlər: Euronews Dolma Veriliş