Miili Məclisin plenar iclası başladı

Miili Məclisin plenar iclası başladı
  05 Mart 2013    Oxunub:1289
Milli Məclis Xocalı soyqırımı ilə bağlı tədbirlərin yekunlarını müzakirə edib.
Parlamentin iclasında spiker Oqtay Əsədov bildirib ki, Xocalı faciəsinın dünyada soyqırım kimi tanınması istiqamətində işlər sürətlə gedir. "Əgər Xocalı faciəsini ilkin olaraq 3 ölkə - Pakistan, Meksika və Kolumbiya tanımışdısa, bunun ardınca ABŞ-ın yeddi ştatı və Avropanın bir sıra ölkələri Xocalı soyqırımı ilə bağlı öz mövqeyini ortaya qoyub", - o deyib.(trend)

Əsədov bildirib ki, Avropa ölklələrindən Çexiya, Rumıniya, Serbiya, Bosniya və Hersoqovina Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib.

"Bu bir daha göstərir ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünyaya çatdırılnması istiqamətində işlər düzgün aparılır, bu, Azərbaycanın xarici siyasətinin uğurudur", - spiker deyib.

Əsədov sadalanan parlamentlərin rəhbərliyinə Milli Məclis tərəfindən təşəkkür məktubu imzalanmasını təklif edib.


Teqlər:





Xəbər lenti