Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
  24 May 2018    Oxunub:1387
Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, “Azneft” dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi - “Dalğa Plaza” arasında yerləşən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, bu məqsədlə sözügedən küçələr boyu bu axşam saat 22:00-dan səhər saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Yol  





Xəbər lenti