Cibgirlik edən keçmiş məhkumlar tutulub

Cibgirlik edən keçmiş məhkumlar tutulub
  24 May 2018    Oxunub:1281
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər yaxalanıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, mayın 22-də saat 18 radələrində Nəsimi rayonu ərazisində marşrut avtobusunda Bakı şəhər sakini A.Məhərrəmovun cibindən 120 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxs 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıb.

Araşdırmalarla onun Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Hakim Quluyev olduğu müəyyən edilib. A.Məhərrəmova məxsus mobil telefon və həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb.

​Mayın 23-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində marşrut avtobusunda qəsəbə sakini T.İbadovun cibindən 35 manatı oğurlamaqda şübhəli bilinən şəxs isə ərazidə xidmət aparan 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerində yaxalanıb.

Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramal Camalov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. ​Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN   Cibgir  





Xəbər lenti