Bakıda mənzildə kişi meyiti tapılıb

Bakıda mənzildə kişi meyiti tapılıb
  23 May 2018    Oxunub:909
Suraxanı rayonunda mənzildə 58 yaşlı kişi meyiti tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Mənzil   Meyit   Suraxanı  





Xəbər lenti