Bakıda iki nəfər kafe yanaraq ölüb - (Yenilənib)

Bakıda iki nəfər kafe yanaraq ölüb - (Yenilənib)
  21 May 2018    Oxunub:1957
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayış baş verməsi barədə məlumat yayıb.
FHN-dən AzVision.az-a verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

***

Bakıda baş verən partlayış nəticəsində iki nəfər ölüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova AzVision.az-a bildirib ki, partlayış zamanı ölənlərdən biri kişi, digəri qadındır. Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə partlayış qeydə alınıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Bakı   Kafe   Partlayış  





Xəbər lenti