Aİ "Şərq Tərəfdaşlığı" ölkələri ilə vahid nəqliyyat şəbəkəsi yaradır

Aİ "Şərq Tərəfdaşlığı" ölkələri ilə vahid nəqliyyat şəbəkəsi yaradır
  10 Oktyabr 2013    Oxunub:1956
Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələri ilə vahid nəqliyyat şəbəkəsini yaratmağı planlaşdırır.
Bu gün Lüksemburqda Avropa İttifaqı (Aİ) və “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı Aİ və sözügedən proqrama daxil olan ölkələr arasında vahid nəqliyyat şəbəkəsinin yaradılmasına doğru mühüm addım atılıb. Görüşün yekunlarına dair imzalanan qətnamədə nazirlərin Avropa Komissiyasına “Şərq Tərəfdaşlığı”nın regioanl nəqliyyat şəbəkəsinin Trans-Avropa (TEN-T) şəbəkəsinin yaradılması planına daxil edilməsinə dair tövsiyyələr yer alıb.
“Şərq Tərəfdaşlığı”nın bütün məqsədləri Aİ-nin 6 tərəfdaş-ölkə ilə daha sıx inteqrasiyasına imkan verəcək. Artıq ümumi hava məkanının yaradılması məsələsində müəyyən nəticələr əldə olunub. Ona görə də analoji nailiyyətlərin damir yolu və su nəqliyyatı sektorlarında da əldə ediləcəyi gözlənilir”, - deyə toplantının yekunlarına dair Litvanın nəqliyyat və kommunikasiyalar naziri Rimantas Sinkyaviçus bildirib.
“Şərq Tərəfdaşlığı” ölkələrinin nəqliyyat nazirləri həmçinin prioritet infrastruktur layihələrə müsbət rəy verib. Gələcəkdə bu layihələr Aİ və beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilə bilər.
Nəqliyyat nazirlərinin görüşünün nəticələri oktyabrın 28-29-da Vilnyusda keçirilməsi planlaşdırılan “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində qəbul olunacaq.


Teqlər:





Xəbər lenti