Saatlıda yük avtomobili yanıb

Saatlıda yük avtomobili yanıb
  17 May 2018    Oxunub:1123
Saatlı rayonunda yanğın baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Məmmədabad kəndində baş verib.

KamAZ markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 8 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti