Bu il 610 əkiz, 30 üçəm dünyaya gəlib

Bu il 610 əkiz, 30 üçəm dünyaya gəlib
  16 May 2018    Oxunub:1958
Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

AzVision.az


Teqlər: Statistika   Əkiz   Üçəm  





Xəbər lenti