Tələbələrimizi döyənlərə cinayət işi açıldı

Tələbələrimizi döyənlərə cinayət işi açıldı
  05 Mart 2013    Oxunub:1714
Azərbaycanlıları döyən ermənilər istintaqa cəlb olunub.
Fransanın Milli Assambleyasında keçirilən tədbir zamanı ermənilər tərəfindən iki azərbaycanlı gəncin döyülməsi faktı ilə bağlı polis cinayət işi açıb. Azərbaycanlıları döyən ermənilər istintaqa cəlb olunub. Bu barədə Modern.az-a Fransadakı “Azərbaycan Evi”nin rəhbəri, bu hadisədə xəsarət almış Mirvari Fətəliyeva bildirib: “Biz baş vermiş hadisə ilə bağlı şikayət etmişik. Bununla bağlı istintaq gedir”-deyə M.Fətəliyeva vurğulayıb.

“Hələlik hadisənin təsiri altındayam və çox yorğunam. Bundan artıq dəqiq informasiya verə bilmirəm. İstintaq davam edir və nəticələrin nə zaman açıqlanacağını bilmirəm”.


Teqlər:  





Xəbər lenti