Külli miqdarda narkotik müsadirə edilib

Külli miqdarda narkotik müsadirə edilib
  12 May 2018    Oxunub:1580
Gəncə Şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2304 qramdan çox narkotik vasitə və xeyli sayda psixotrop maddə olan həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AzVision.az-a bildiriblər ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İlkin Orucov saxlanılıb. Əvvəllər məhkum olunmuş İlkin Orucov saxlanılarkən onun üzərindən 2304 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilib və oradan güclü psixoloji təsirə malik 105 ədəd 50 milliqramlıq “Tramadol” həbləri, 10 ədəd 200 milliqramlıq “Tramadol” həbləri və 7 ədəd 300 milliqramlıq “Lirika” psixotrop həbləri aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

AzVision.az


Teqlər: Gəncə   Narkotik   DİN  





Xəbər lenti