Bakıda 3 otaqlı ev yanıb

Bakıda 3 otaqlı ev yanıb
  12 May 2018    Oxunub:1423
Bakı şəhərində yaşayış binasında yanğın olub.
FHN-dən AzVision.az-a verilən məlumata əsasən, şəhərin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 58 m² olan 3 otaqlı mənzilin mətbəxində ev əşyası və məişət texnikası yanıb.

Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirdən ibarət tavanı 30 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti