Məişət zorakılığı nəticəsində 41 qadın öldürülüb

Məişət zorakılığı nəticəsində 41 qadın öldürülüb
  11 May 2018    Oxunub:3342
2017-ci ildə Azərbaycanda məişət zorakılığından əziyyət çəkən şəxslərin sayı 1268 nəfər olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məişət zorakılığı cinayətləri nəticəsində 60 nəfər ölüb.

Məlumatda bildirilib ki, ötən il məişət zorakılığından əziyyət çəkənlərdən 964 nəfəri qadın olub. Onlardan 41 nəfəri öldürülüb. Zərərçəkmişlərdən 304 nəfəri kişi olub ki, onlardan da 19 nəfəri həyatını itirib.

Zərərçəkənlər arasında yetkinlik yaşına çatmayan 17 nəfər qeydə alınıb. Onların isə 6-sı dünyasını dəyişib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Statistika   Cinayət  





Xəbər lenti