Bakıda soyğunçuluq edən şəxs tutulub

Bakıda soyğunçuluq edən şəxs tutulub
  11 May 2018    Oxunub:1151
Mayın 10-da Nəsimi rayonu ərazisində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini olan 1 yeniyetməyə hədə-qorxu gələrək ondan pul alıblar.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Qılman Abbasov saxlanılıb, daha 2 nəfərin şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti