10 gündə ölkə üzrə 1034 cinayət törədilib

10 gündə ölkə üzrə 1034 cinayət törədilib
  11 May 2018    Oxunub:970
May ayının 10 günündə respublika üzrə 1034 cinayət faktı qeydə alınıb.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, may ayının 1-dən 10-dək axtarışda olduğuna görə 232 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, bu müddətdə cinayət törətməkdə şübhəli bilinən 295 nəfər saxlanılıb.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Cinayət   DİN   Axtarış  





Xəbər lenti