Miqrasiya Xidmətinin yeni rəisi atacağı addımları açıqladı – VİDEO
“İlkin mərhələdə mövcud vəziyyətin təhlilinə başlamışıq. Daha çox hansı sahələrdə boşluqların olduğunu araşdırırıq. Və atacağımız addımların “yol xəritəsi”ni hazırlamaqla məşğuluq. Artıq ümumi istiqamətləri müəyyən etmişik”,- Vüsal Hüseynov deyib.
O, bildirib ki, qoyulmuş tapşırıqların icrasını hansı kadrlarla tam, yüksək səviyyədə həyata keçirmək mümkündürsə, Miqrasiya Xidmətində ancaq o tip kadrlara etimad göstəriləcək. Hüseynov kadr korpusunun yenilənəcəyini, gənc əməkdaşların xidmətə cəlb ediləcəyini də vurğulayıb: “Əsas yanaşma ondan ibarətdir ki, bu kadrlar həm müvafiq sahədə yüksək bilik və bacarıqlara malik olsunlar, eyni zamanda, dövlət qulluğunun fəlsəfəsini, mahiyyətini anlasınlar, həmçinin Cənab Prezidentin dövlət qulluqçusunun necə olması haqda baxışlarını paylaşsınlar”.
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi media ilə açıq şəkildə işləyəcəklərini də bildirib.
AzVision.az
Teqlər: Vüsal-Hüseynov Miqrasiya-Xidməti