Bakıdan İstanbula uçan təyyarə təcili geri qayıtdı
Yerli vaxtla saat 08:59-da uçan AZAL-ın J2-075 Bakı (GYD) - İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarını qəbul edib.
Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstranbula yola salınacaqlar.
Reysinin statusu yeniləndikcə əlavə məlumat veriləcək. AZAL yaranan narahatlığa görə üzr istəyir.
AzVision.az
Teqlər: AZAL