Bakıda Aİ-Azərbaycan Biznes Forumu keçiriləcək
Biznes Forum Azərbaycanın iqtisadi islahatları ilə bağlı yeni perspektivləri təqdim edəcək və biznes liderləri, investorlar, hökumət nümayəndələri və siyasət formalaşdıran digər şəxslərdən ibarət təxminən 500 yüksək səviyyəli nümayəndələri bir araya gətirəcək. İştirakçıları mövcud biznes imkanları və çətinliklər barədə dialoqa cəlb etmək məqsədilə mühüm sektorlardan olan Kənd Təsərrüfatı və Qida, Tikinti və Maşınqayırma, Nəqliyyat və Logistika, İKT və Elektron Ticarət sahələri ilə bağlı panel müzakirələri təşkil olunacaq.
Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas hər il keçirilən Biznes Forumun məqsədi ilə bağlı qeyd edib: "Son illərdə Azərbaycan hökuməti iqtisadi islahatların həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Biznes Forum bu nailiyyətlərə və hələ də mövcud olan çətinliklərə nəzər yetirilməsi, Aİ və Azərbaycandan olan bütün maraqlı tərəflərin fikir və təcrübələrinin paylaşılması və yeni biznes əlaqələrinin yaradılması üçün unikal imkanlar təqdim edir.”
Aİ ölkələrinin Azərbaycandakı Ticarət Palataları və innovativ start-up şirkətləri tədbirin keçiriləcəyi məkanın qəbul zalında özlərini təqdim edəcəklər. Azərbaycan və Aİ şirkətləri yeni biznes əlaqələri yaratmaq məqsədilə ikitərəfli görüşlər (B2B) keçirmə imkanı əldə edəcəklər.
Ətraflı məlumat və qeydiyyat Daha ətraflı məlumat və qeydiyyat üçün tədbirin veb səhifəsini ziyarət edə bilərsiniz: https://www.ahk-baku.de/az/tdbirlr/tdbir-tfrrueatlari/ai-azrbaycan-biznes-forumu-2018/
Tədbirdə iştirak ödənişsizdir və qeydiyyat üçün son tarix 15 May 2018-ci ildir.
AzVision.az
Teqlər: Aİ Biznes-Forum