XİN Avropa ilə vizaların sadələşdirilməsini istəyir

XİN Avropa ilə vizaların sadələşdirilməsini istəyir
  07 May 2018    Oxunub:1322
“Avropa İttifaqı ölkələri ilə vizaların sadələşdirilməsi vacib məsələdir”.

AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Nazir müavini qeyd edib ki, vizaların sadələşdirlməsi xalqların mobilliyinə töhvə verəcək. Hazırda isə bu istiqamətdə danışıqlar aparılır:

“Vizaların sadələşdirilməsi vətəndaşlarımıza xeyir gətirəcək. Sosial, iqtisadi və digər məsələlərdə xalqlarımız daha da yaxınlaşacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: XİN   Viza  





Xəbər lenti