“Struktur islahatlarından danışmaq tezdir” - Yeni nazir

“Struktur islahatlarından danışmaq tezdir” - Yeni nazir
  07 May 2018    Oxunub:1175
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyətlə daha sıx işləyəcək.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. O, bildirib ki, nazirliyin bundan sonrakı fəaliyyəti daha açıq olacaq.

"Biz ictimaiyyətlə daha sıx işləmək istəyirik. Çünki müzakirə olunası və ortalığa çıxarılası bir çox məsələ var. Çalışacağıq bu sahə ilə bağlı ümidləri doğruldaq. Hələ ki, nazirliyin kollektivi ilə tanışlıq prosesindəyik. Struktur islahatlarından danışmaq tezdir”, - deyə nazir qeyd edib.

AzVision.az


Teqlər: Muxtar-Babayev   Nazir   ETSN  





Xəbər lenti