Son iki gündə 184 cinayət törədilib

Son iki gündə 184 cinayət törədilib
  07 May 2018    Oxunub:1012
Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 184 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət   Polis   Həbs  





Xəbər lenti