Avtoyuma məntəqəsində yanğın olub

Avtoyuma məntəqəsində yanğın olub
  06 May 2018    Oxunub:994
Bakıda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqaladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Xətai rayonunda ümumi sahəsi 70 m² olan avtoyuma məntəqəsinin dam örtüyü 40 m² sahədə, yaxınlıqdakı 4 ədəd şam ağacı və ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində köhnə avtomobil ehtiyat hissələri yanıb yüksək temperaturdan bitişik hasarın plastik üzlüyü 12 m² sahədə əriyib.

Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az




Teqlər: Yanğın   FHN  





Xəbər lenti