İcra Hakimiyyətinə 3 milyon ayrıldı - Sərəncam

İcra Hakimiyyətinə 3 milyon ayrıldı - Sərəncam
  04 May 2018    Oxunub:1509
Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Xaçmaz şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 12 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti