XİN-dən İranla bağlı təkzib - Bu məlumatlar yalandır!

XİN-dən İranla bağlı təkzib - Bu məlumatlar yalandır!
  04 May 2018    Oxunub:2836
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəzi xarici KİV-lərdə guya İranın nüvə proqramına dair məlumatların Azərbaycan ərazisindən keçirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, XİN rəsmisi bildirib ki, yayılmış bu informasiya ən ciddi qaydada Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən araşdırılıb: "Tam əminliklə bildiririk ki, bu məlumatın həqiqətlə heç bir uyğunluğu yoxdur, sırf saxta (fake) xəbərdir".

AzVision.az


Teqlər: XİN   Hikmət-Hacıyev  





Xəbər lenti