Şagirdini döyən müəllim işə qaytarılmayacaq

Şagirdini döyən müəllim işə qaytarılmayacaq
  04 May 2018    Oxunub:3050
189-190 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyevanın işdən azad olunması haqqında verilmiş qərar müvafiq qanunvericiliyin tələbləri çərçivəsindədir.
Bu barədə AzVision.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, müvafiq araşdırma müəllimin iştirakı ilə həyata keçirilib və məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də muəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq yekun qərar qəbul edilib.

Qeyd edək ki, Xanım Əliyeva adlı valideyn birinci sinif şagirdi olan qızının müəllimi tərəfindən döyüldüyünü iddia edib. Onun müraciəti əsasında müəllim S.Əliyeva işdən azad edilib. Lakin bununla məsələ bitməyib. Məlum olub ki, adıçəkilən valideyn də sinif otağında özü qızını döyərək ona xəsarətlər yetirib.

Aytən Zəhra
AzVision.az


Teqlər: BŞTİ   Müəllim   Şagird  





Xəbər lenti