Astarada narkotik alverçisi saxlanılıb

Astarada narkotik alverçisi saxlanılıb
  03 May 2018    Oxunub:2023
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 6 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az-a verilən məlumata görə mayın 2-də Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Elman Sadıxzadənin üzərindən 6 bükümdə ümumi çəkisi 6 kiloqram 320 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.

O qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə gətirilmiş narkotik vasitəni əvvəlcədən gizlədilmiş yerdən, Astara şəhəri ərazisindəki zibil qutularından birindən götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb. ​Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti