Qadın işlədiyi evdən 20 minlik qızıl oğurlayıb

Qadın işlədiyi evdən 20 minlik qızıl oğurlayıb
  03 May 2018    Oxunub:1898
Abşeronda evdən oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 1-də nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının oğurlandığını bildirib.

Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 15-də həmin mənzildən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin evdə xadimə işləyən Xırdalan şəhər sakini Zivər Rəhimova tərəfindən oğurlandığına əsaslı şübhələr yarandığından o, saxlanıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti