31 yaşlı Şirvan sakini itkin düşüb - FOTO

31 yaşlı Şirvan sakini itkin düşüb - FOTO
  03 May 2018    Oxunub:1541
Şirvan şəhər sakini, 31 yaşlı Vasif Nağıyev cari il aprelin 28-də yaşadığı evdən siqaret çəkmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

V.Nağıyevin əlamətləri belədir: Boyu 172 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, boz rəngli şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



AzVision.az


Teqlər:





Xəbər lenti