WhatsApp-ın rəhbərindən müəmmalı istefa
AzVision.az “Washington Post”a istinadla xəbər verir ki, Yan Kumun getməsinə səbəb Facebook ilə aralarında olan ziddiyyətlərdir. O, Facebook-un WhatsApp messencerində tətbiq olunan şifrələmə qaydalarını zəiflətmək istəməsi və istifadəçilərin haqqında şəxsi məlumatlar toplamaq siyasətilə razılaşmayıb.
Yada salaq ki, Facebook şirkəti 2014-cü ildə WhatsApp-ı 21,8 milyard dollara alıb. Hazırda 1 milyarddan artıq insan WhatsApp-dan istifadə edir.
Tariyel Həsənov
AzVision.az