180 su sayğacını oğurlayan dəstə tutuldu

180 su sayğacını oğurlayan dəstə tutuldu
  23 Aprel 2018    Oxunub:1264
Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, aprelin 19-da və 20-də Şirvan Şəhər Polis Şöbəsinə şəhərin Xaqani, 28 May, S.Vurğun, M.Ə.Rəsulzadə, Energetik və T.İsmayılov küçələrindəki yaşayış bınalarının girişlərinə quraşdırılmış ümumilikdə 180 ədəd su sayğacının oğurlanması barədə müraciətlər daxil olub.

​Polis əməkdaşlarının aprelin 21-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıblar. ​Araşdırmalarla onların Şirvan şəhər sakinləri Rəşad Balaşov, Qasım Salmanov, Rauf Sarbalayev, Elvin Kələntərov olduqları müəyyən edilib.

​Su sayğaclarının bir qismi polis əməksdaşları tərəfindən maddi sübut kimi götürülüb. ​Şirvan Şəhər Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti