5 yaşlı Nazlı Kəlbəcər girovuna məktub yazdı - FOTO

5 yaşlı Nazlı Kəlbəcər girovuna məktub yazdı - FOTO
  23 Aprel 2018    Oxunub:4520
Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun 5 yaşlı nəvəsi Nazlı Əsgərova babasına məktub yazıb.

Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Aylardır atasından məktub almadığını deyən K.Əsgərov ailəsinin buna görə narahat olduğunu söyləyib.
“Dünən atama yenidən məktub yazdıq. Bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları yenidən görüş keçirəcəklər. Atamdan nə məktub, nə də video görüntü ala bilirik. Evdə böyükdən uşağadək hər kəs onun həyatda olub-olmadığından narahatdır. Beynəlxalq Qızıl Xaç Komitəsi isə deyir ki, atanız özü məktub yazmır və ya video istəmir. Deyilənlərin hamısı ağ yalandır”.

5 yaşlı Nazlının babasına yazdığı məktubu təqdim edirik:





Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Dilqəm-Əsgərov   Girov  





Xəbər lenti