Bakının əsas yollarında sıxlıq müşahidə edilir

Bakının əsas yollarında sıxlıq müşahidə edilir
  23 Aprel 2018    Oxunub:1471
“Formula-1” Azərbaycan Qran-Prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Bakının bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunur.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzVision.az-a bildirib ki, hazırda Bakı Şəhər Halqasına yaxın küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

“Şah İsmayıl Xətai prospektində hər iki istiqamət üzrə, Yusif Səfərov küçəsi - 28 May küçəsi istiqamətində üzrə, Akademik Həsən Əliyev küçəsində hər iki istiqamətdə nisbətən sıxlıq müşahidə edilir. Bununla yanaşı, Ziya Bünyadov prospekti - (Poladəritmə zavodunun yanı) "20 Yanvar" metrosu istiqamətində nisbətən sıxlıq var. Səməd Vurğun küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində də maşınların hərəkətində sıxlıq müşahidə edilir”, - qurum rəsmisi deyib.

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA   Mais-Ağayev  





Xəbər lenti