FHN-nin helikopteri dənizdə batan 2 gənci axtarır

FHN-nin helikopteri dənizdə batan 2 gənci axtarır
  23 Aprel 2018    Oxunub:1658
18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.
FHN-dən AzVision.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən axtarışlara nazirliyin aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti