17 marşrutun hərəkət sxemi dəyişdi

  23 Aprel 2018    Oxunub : 832
17 marşrutun hərəkət sxemi dəyişdi
Bu gündən Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.
Bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, 125 nömrəli marşrut xəttinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq.

AzVision.az

Teqlər: Avtobus   Marşurut   Dəyişiklik