Bakıda evdən qadın meyiti tapılıb

Bakıda evdən qadın meyiti tapılıb
  23 Aprel 2018    Oxunub:1023
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1929-cu il təvəllüdlü Qədirliyeva Züleyxa Yusifna qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az




Teqlər: FHN   Mənzil   Meyit  





Xəbər lenti