Köməksiz qalan şəxs xilas edilib

Köməksiz qalan şəxs xilas edilib
  23 Aprel 2018    Oxunub:1246
Paytaxtda liftdə köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti