Bakıda mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildən kişi meyiti tapılıb
  22 Aprel 2018    Oxunub:1115
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşlardan biri, 1934-cü il təvəllüdlü Fuksman Ovsey Barisoviçi ölmüş, digər vətəndaşı isə halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Mənzil   Meyit  





Xəbər lenti