Cəbhə xəttində gərginlik davam edir

Cəbhə xəttində gərginlik davam edir
  05 Mart 2013    Oxunub:1427
Ermənilər atəşkəsi pozmaqda davam edirlər
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərindən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub, düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az



Teqlər:





Xəbər lenti