Xəzərdə 29 yaşlı balıqçı itkin düşüb

Xəzərdə 29 yaşlı balıqçı itkin düşüb
  17 Aprel 2018    Oxunub:1166
Xəzərdə balıqçı itkin düşüb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Xəzər   Balıqçı  





Xəbər lenti