10 günün qəza statistikası: 10 ölü, 68 yaralı

10 günün qəza statistikası: 10 ölü, 68 yaralı
  12 Aprel 2018    Oxunub:1495
Aprel ayının 10 günündə respublikanın avtomobil yollarında 32 yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, aprel ayının 1-dən 10-dək yol qəzalarında 10 nəfər ölüb, 68 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, 2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 333 yol-nəqliyyat hadisəsi baş verib. Üç ayda (yanvar-fevral-mart) yol qəzalarında 173 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DİN   Statistika   Qəza  





Xəbər lenti