Cəlilabadda ana doğuşdan sonra ölüb

Cəlilabadda ana doğuşdan sonra ölüb
  11 Aprel 2018    Oxunub:2917
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qadın doğuşdan sonra ölüb.
Rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Vəfa Ramazan qızı Yusubova qız övladını dünyaya gətirdikdən sonra vəfat edib.

V. Yusubovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Cəlilabad   Doğuş   Ana   Ölüm  





Xəbər lenti