Qadını bıçaqla hədələyən 2 yeniyetmə tutuldu

Qadını bıçaqla hədələyən 2 yeniyetmə tutuldu
  11 Aprel 2018    Oxunub:1186
Bu il fevralın 20-də Abşeron rayonunun Güzdək qəsəbə sakini Mələk Məhərrəmova RPİ-yə müraciət edərək cari il yanvarın 23-də həyətinə girmiş 2 naməlum şəxsin onu gördükdə hadisə yerini tərk etməsini bildirib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, araşdırmalarla həmin şəxslərin M.Məhərrəmovanı bıçaqla hədələyib pul tələb etməsi müəyyən edilib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

AzVision.az




Teqlər: DİN   Cinayət  





Xəbər lenti