“Təşviqat dövründə heç bir problem yaşanmayıb” - MSK sədri
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin şəffaf, ədaləti şəkildə keçiriləcəyinə əminliyini ifadə edib, bu istiqamətdə görülən işlər barədə ətrafı məlumat verib. O, prezidentliyə namizədlər üçün təbliğat-təşviqat dövründə bərabər şərait yaradıldığını, bununla bağlı heç bir problemin yaşanmadığını vurğulayıb.
Məzahir Pənahov qeyd edib ki, hər bir şəxs səsvermə prosesini MSK-nın veb-saytından onlayn formada heç bir məhdudiyyət olmadan izləyə bilər. MSK sədri seçkiləri izləyəcək beynəlxalq və yerli müşahidəçilər, KİV-lər barədə də məlumat verib.
AzVision.az
Teqlər: MSK Məzahir-Pənahov