Göldə batan şəxsin meyiti tapılıb

Göldə batan şəxsin meyiti tapılıb
  10 Aprel 2018    Oxunub:1050
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində süni göldə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, aprelin 3-də göldə batdığı ehtimal edilən 1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynalı oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Göl   Meyit  





Xəbər lenti