Sumqayıtda piyada ölümü

Sumqayıtda piyada ölümü
  10 Aprel 2018    Oxunub:1523
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, aprelin 9-da saat 10 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini Tariyel Xəlilov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Vidadi Rəsulovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti