Göygöldə 6 otaqlı ev yanıb

Göygöldə 6 otaqlı ev yanıb
  10 Aprel 2018    Oxunub:1157
Göygöl rayonunda yanğın hadisəsi qeydə alınıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, rayonun Çaykənd kəndində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 4 otağının, aynabəndinin yanar konstruksiyaları 150 kv.m sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

AzVision.az


Teqlər: FHN   Yanğın   Göygöl  





Xəbər lenti