ANAMA-dan
AzVision.az-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri ərazidə əkin sahəsinə baxış keçiriblər, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 20 sm dərinlikdə 1 ədəd 122 mm-lik raket (9M22S) aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
AzVision.az