Xalq artistlərinin məhkəməsi ayın sonuna qaldı

Xalq artistlərinin məhkəməsi ayın sonuna qaldı
  09 Aprel 2018    Oxunub:1176
Bu gün xalq artisti Məleykə Əsədovanın həmkarı Ramiz Məliklə bağlı apellyasiya şikayətinə baxılıb.
Xalq artisti Ramiz Məlik AzVision.az-a bildirib ki, növbəti məhkəmə iclası aprelin 30-a təyin olunub. O, məhkəmə ilə bağlı əlavə məlumat vermək istəməyib, işlə bağlı qərarı gözlədiyini deyib.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyi iddiası ilə məhkəməyə müraciət edib, həmkarından 200 min manat məbləğində təzminat istəyib. R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xalq-artisti   Məhkəmə  





Xəbər lenti