Nazirliyin bir addımlığında film kimi cinayət: 174 min oğurlandı - (FOTO)

Nazirliyin bir addımlığında film kimi cinayət: 174 min oğurlandı - (FOTO)
  09 Aprel 2018    Oxunub:7783
Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.
AzVision.az xəbər verir ki, hadisə “Kapital Bank”-ın Yasamal filialında qeydə alınıb. Cinayətin izini itmək məqsədilə əlehqaz taxmış iki şəxs Vergilər Nazirliyinin inzibati binasının yaxınlığında yerləşən bankomatı laqonda ilə kəsərək içərisindəki 174 min dollar pulu oğurlayıb.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.





İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Bankomat   Oğurluq  





Xəbər lenti