Bakıda qadın 1 kq marixuana ilə tutulub

Bakıda qadın 1 kq marixuana ilə tutulub
  09 Aprel 2018    Oxunub:1390
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, bu istiqamətdə aprelin 7-də həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini Almas Cəlilovanın rayon ərazisində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1 kiloqram 59 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti